» » Biləsuvarda 5 əsrlik kitablar qorunur - VİDEOREPORTAJ


Biləsuvarda 5 əsrlik kitablar qorunur - VİDEOREPORTAJ

Biləsuvar rayonunda 60-dan çox elmi kitab qorunur.

"Bilesuvarinfo"nun
məlumatına görə, bu kitablar rayonun Bəydili kənd sakini, 85 yaşlı Kamal Məmmədov tərəfindən mühafizə olunur.

Kamal Məmmədov 1937-ci ildə Lerikin Kəlvəc kəndində anadan olub. Onun sözlərinə görə, bu kitablar ona babası Mirzə Cəfərdən yadigar qalıb. Mirzə Cəfər kitabları təhsil aldığı müddətdə əldə edib. Daha sonra doğulduğu Lerik rayonunun Kəlvəc kəndində geniş maarifçilik işilə məşğul olmağa başlayıb.

Kitabların yaşı təxminən 500 ilə yaxındır. Sovet imperiyasının ilk illərində bu kitabların çoxu yandırılaraq məhv edilib. Ona görə də digər kitabları qorumaq üçün onları evin divarına hörüblər.

Onun sözlərinə görə, daha sonra 50-ci illərdə İranla sərhədyanı ərazilərdə yaşayan bir çox sakinlər kimi Məmmədovlar ailəsi də Lerik rayonunun Kəlvəc kəndindən Biləsuvar rayonuna köçürülür. Lakin bu zaman ailə bu kitabları da qiymətli əşya kimi özlərilə götürməyi unutmurlar. Arıq 80 ilə yaxındır ki, K. Məmmədov bu kitabları göz bəbəyi kimi qoruyur. Bu kiablarda tibb, astronimya, fizika, həndəsə və digər dünyəvi elmlərdən bəhs olunur.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR