Salyan Regional Təlim Mərkəzinin nümayəndələri Biləsuvar rayonunda taxıl biçinin gedişi ilə tanış olublar » Yerli İnformasiya Agentliyi
» » Salyan Regional Təlim Mərkəzinin nümayəndələri Biləsuvar rayonunda taxıl biçinin gedişi ilə tanış olublar

Salyan Regional Təlim Mərkəzinin nümayəndələri Biləsuvar rayonunda taxıl biçinin gedişi ilə tanış olublar


Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçi Rəşadət Əskərov rayonda aparılan taxıl biçini haqqında ətraflı məlumat verərək bildirib ki, 2022-ci ilin məhsulu üçün  35793 hektar sahədə taxıl əkini aparılıb ki, bundan da 9688 hektarı buğda, 26105 hektarı isə arpa məhsuludur. 

Taxıl sahələrini aqrotexniki qaydalara uyğun becərmələri üçün fermerlərə bütün köməkliklər göstərilib və hazırda sahələrdə bol məhsul vardır. Hazırda sahələrdə məhsul yığımını itkisiz və qısa müddətdə  başa vurmaq üçün yüksək texniki parametrlərə malik 75 ədədə yaxın taxılbiçən konbayn biçinə cəlb olunub.

Salyan Regional Təlim Mərkəzinin şöbə müdiri Şükür İsmayılov ərazidə olan fermerlərlə də görüşüb. Görüşdə fermerləri narahat edən məsələlər müzakirə olunub, şöbə müdiri onların mövcud problemlərini dinləyərək onları maraqlandıran suallara cavab verdi. Daha sonra Salyan Regional Təlim Mərkəzinin əməkdaşları taxıl biçininin ardınca şumlama işləri aparılmış taxıl sahələrinə də baxış keçiriblər.

   Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan

SON MƏQALƏLƏR