» » Təhlükəsizlik orqanları əzəmətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlir


Təhlükəsizlik orqanları əzəmətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlir

Biləsuvarda  Dövlət Təhlükəsizliyi Xidməti orqanları  işçilərinin peşə bayramı qeyd olundu.

"Bilesuvarinfo" xəbər verir ki, keçirilən tədbir iştirakçıları öncə Ulu Öndərin adını daşıyan parka gələrək,  abidəsini ziyarət etdilər. 

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının  əməkdaşlarını, yerli şöbənin  kollektivini  28 mart - Peşə bayramları münasibətilə   təbrik  edib, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.  Başcı bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti orqanları yarandığı ilk gündən əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə daim sadiq qalaraq,  dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində ən yaxın silahdaşı olmuşdur. Təhlükəsizlik orqanları üzərlərinə düşən əzəmətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov  onlara göstərilən  yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

mənbə: http://bilesuvar-ih.gov.az/news/1144.html
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR