» » Zülmətə bürünən küçə - İşıqları niyə yandırılmır? - YENİLƏNİB


Zülmətə bürünən küçə - İşıqları niyə yandırılmır? - YENİLƏNİB

Biləsuvar şəhərinin Heydər Əliyev adına küçəsində  küçə işıqları uzun müddətdir yanmır. 

“Bilesuvarinfo”ya  sakinlər bununla bağlı şikayət ediblər. Onların sözlərinə görə, burada səki də narahat olduğundan ( red: müəyyən məsafədə) axşam vaxtı piyadaların əksəriyyəti yol qırağı ilə hərəkət edir: “İşdən qayıdanlar, dərsdən gələn məktəblilər çox vaxt qaranlıq yollarla irəliləmək məcburiyyətində qalırlar. Xüsusən sürücülər əsas prospektdə işıqların yanmamasından çox narahatdırlar. Onlar bu halın təhlükənin - qəzaların baş verməsinin əsas səbəblərindən hesab edirlər. Bəs nə üçün aidiyyəti təşkilatlar bu hala laqeyd yanaşır. Niyə gündən günə gözəlləşən və inkişaf edən şəhərimizin mərkəzi küçəsinin gecələri zülmətə bürünüb?! .”

“Bilesuvarinfo”olaraq, Biləsuvar şəhərinin icra nümayəndəliyi, bələdiyyəsi və Kommunal Müəsisələri Kombinatının məsələyə münasibətini öyrənib, dərc etməyə çalışacağıq.
******
Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar  şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qabil Xammədov saytımıza açıqlamasında bildirmişdir ki, küçə işıqlarında  baş verən fasilələrin biryolluq aradan qaldırılması üçün əsaslı işlərin görülməsinə başlanılıb:

"Problemin yaranmasının  əsas səbəbi kanalizasiya işləri vaxtı yeraltı elektrik xəttlərində çiddi zədələnmələrin olmasıdır. Yaxın vaxtlardan etibarən, M.F.Axundov və Nizami küçələrində bu xəttlər dəyişdirilərək, fasiləsiz gecə işıqlanması təmin edilib. Hazırda Heydər Əliyev küçəsində iş görülür, tezliklə bu küçənin də işiqlanması tam bərpa olunacaq."

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan