» » Oəhrəman anasının ad günü qeyd olunub


Oəhrəman anasının ad günü qeyd olunub

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anası  Sevil xanımın ad günü qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, qəhrəman anasının 70 illik yubileyi ilə bağlı tədbir  Biləsuvar rayon Mərkəzi Xəstəxanasında keçirilib.

Tədbirdə səhiyə şöbəsinin rəhbərliyi və kollektivi iştirak edib. Çıxış edənlər Sevil həkimi ad günü münasibəti ilə təbrik edib, ona can sağlığı arzuladılar. Qeyd olunmuşdur ki, Sevil xanım nümunəvi fəaliyyətdə həm çalışdığı kollektiv , həm də vətəndaşlar arasında böyük sevgi və hörmət qazanmışdır.

Qeyd edək ki, ömrünün 34 ilini tibb sahəsinə həsr edən, S.Abdullazadə 1952-ci ilin 22 martında  Puşkin (indiki Biləsuvar) rayonunda anadan olmuşdur.

O, N.Nərimanov adına Tibb İnstitutunda təhsilini  1976-cı ildə başa vururaraq  Şəmkir, Saatlı, Salyan və Biləsuvar rayonunda mama-ginekoloq kimi fəaliyyət göstərib. 2010 - cu ildən Biləsuvar RMX - nın  doğum şöbəsinin müdiridir. 

5 övladı, 4 oğul  anası olan Sevil xanım  övladlarını vətənpərvər ruhda böyüdüb. Digər bir oğlu ordumuzun zabitdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR