Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.