Şəhid Sarvan Mirzəyev bu gün dünyaya göz açıb » Yerli İnformasiya Agentliyi
» » » Şəhid Sarvan Mirzəyev bu gün dünyaya göz açıb

Şəhid Sarvan Mirzəyev bu gün dünyaya göz açıb

Bu gün Vətən müharibəsində, Şuşanın azdlığında şəhid olan Sarvan Mirzəyevin 26 yaşı tamam olur.

“Bilesuvarinfo” xəbər verir ki, rayon ictimaiyyətinin üzvləri şəhidimiz ailəsinə baş çəkmiş, məzarı ziyarət olunmuşdur. 

Ziyarət iştirakçıları qorxmaz  kəşfiyyatçı Sarvan Mirzəyevin vətənpərvərliyindən danışmışlar. Biləsuvar rayon hərbi komissarı Nağı Cəfərov qeyd etmişdir ki, dövlətin öz üzərinə işin öhdəsindən uğurla gələrək şəhid ailələrini daima diqqətdə saxlayır. Biz də şəhidlərimizin istər anım , istərsə də anadan olduqları günlərdə onların valideyinlərinin yanında olmağı özümüzə mənəvi borc bilirik. 
 
Ziyarətdə Biləsuvar şəhər 1 saylı əsas məktəbin kollektivi də iştirak etmişdir. Məktəbin direktoru Ağaverdi Məmiyev bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirmişdir. 

Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub. Kənd tam orta məktəbini bitirərək, həqiqi hərbi xidmət keçib. Ehtiyata buraxıldıqdan bir müddət sonra  Naxçıvana gedərək Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində xüsusi təyinatlı kursa daxil olub və xüsusi təyinatlı qrupun kəşfiyyatçı-istehkamçısı kimi Vətənə xidmətini davam etdirib.
 Vətən müharibəsi başlayanda o, Naxçıvandan yola salınan ilk xüsusi təyinatlıların tərkibində qələbəyə böyük inam hissi ilə döyüşlərə qatılıb. Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Sarvanın qardaşı gizir Əfqan da onun kimi Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə peşəkar kəşfiyyatçı və cəsur döyüşçü kimi fəal iştirak edib. Döyüşlər zamanı görüşmək imkanları olmasa da, hər iki qardaş Şuşaya qədər şərəfli döyüş yolu keçiblər. Əfqan iki dəfə yaralanmasına baxmayaraq müalicə olunduqdan sonra yenidən döyüşlərə qatılıb.

Ehtiyatda olan polkovnik Abdulla Qurbani şəhid  S. Mirzəyev haqqında danışarkən demişdir ki, o, təlimlər zamanı müxtəlif iqlim şəraitində, meşəlik, çətin keçilən dağ massivlərində, eləcə də yaşayış məntəqələrində, ekstremal vəziyyətlərdə xüsusi təyinatlı qrupun, həmçinin kəşfiyyatçı-istehkamçının vəzifələrini nəzəri və praktiki cəhətdən mükəmməl öyrənməsi döyüş əməliyyatları zamanı qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə zəmin yaradıb. O, arxadan gələn qüvvələrin təhlükəsiz hərəkəti, sahələrin minalardan təmizlənməsi və keçidlərin açılmasında fəal iştirak edib.

Şəhimiz ailəli idi, yadigarı qalan Sərvanə şəhadətinin beşinçi ayında dünyaya gəlib. 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran