- 5 noyabr, 00:02
- 825 dəfə oxunub
- 0
Biləsuvarda 3 məktəb Vətən Müharibəsi qəhrəmanlarının adına verilib
" Bilesuvarinfo" xəbər verir ki, qərara əsasən, Biləsuvar rayonunda Vətən Müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi məqsədilə, rayonun üç məktəbi şəhidlərin adına verilib.
Belə ki, bundan sonra Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun adını daşıyacaq. Rayonun Uşaq - Gənclər İdman-Şahmat məktəbi Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adına verilib.
Biləsuvar rayonunun ən böyük kəndi - Xırmandalıda olan Uşaq İncəsənət Məktəbi isə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayevin adına verilibdir.