» » "Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin icrasına başlanılıb


"Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin icrasına başlanılıb

"Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin icrasına başlanılıb. 

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olan "Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulub. 

Layihənin əsas məqsədi regionlarda peşə təhsilinə  marağın artırılması ilə bu sahədə bacarıqlı gənclərin peşələrə yiyələnməsini təmin etmək, peşə ixtisasına yiyələnmək istəyənləri müasir texnologiyalarla tanış etmək, həmçinin regionlarda savadsızlığın qarşısını almaq və bu yolla işsizliyin azaldılmasına nail olmaqdır.

Layihənin Biləsuvar, Cəlilabad, Astara və Salyan rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

Təlimlər iştirak etmək istəyən gənclər layihənin imeyl ünvanına (bygib@mail.ru) müraciət edə və ya postun aşağısında + işarəsi qoymaqla qeydiyyatdan keçə bilər.

Qeyd edirik ki, təlimlər peşəkar təlimçi tərəfindən həyata keçiriləcəkdir. Təlimlər müxtəlif istiqamətli olmaqla, peşə təhsili ilə bağlı düzgün maarifləndirmə, müasir peşə texnologiyaları və STEAM dərslərini əhatə edəcəkdir.

Əlaqə tel: 077-744-07-77
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR