» » Partiya fəalları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib


Partiya fəalları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib



Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid  Saleh Məcidzadənin ailəsi ilə görüşüb. 

"Bilesuvarinfo"
xəbər verir ki, ziyarətdə partiyanın əməkdaşı Samir Ağayev, ərazi təşkilat sədrlərlərindən  Bəhruz Qafarov  və Elmin Nuri iştirak ediv. Onlar şəhidin doğulduğu Nəsimi kəndində ata ocağını, daha sonra kənd qəbiristanlığında məzarını ziyarət edib. 


Görüşdə II Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Məcidzadə Saleh Nəriman oğlunun ölməz qəhrəmanlığından söz açılıb, əziz ruhuna dualar oxunub. 

Görüşdə şəhidin  şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.
Şəhidin valideyini  onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin! 




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR