Sahil Hüseynzadə TƏBİB-ə təyinat alıb - FOTO » Yerli İnformasiya Agentliyi
» » Sahil Hüseynzadə TƏBİB-ə təyinat alıb - FOTO

Sahil Hüseynzadə TƏBİB-ə təyinat alıb - FOTO

Həmyerlimiz Sahil Hüseynzadə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-ə (TƏBİB) təyinat alıb.

"Biləsuvarinfo"
xəbər verir ki, S. Hüseynzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş departamentində məsləhətçi vəzifəsində kimi fəaliyyətə başlayıb. 

Qeyd edək ki, Sahil Hüseynzadə 1994-cü ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 
2011-15-ci illərdə Bakı Dövlət Universitetində Xarici dil müəllimliyi ixtisası üzrə təhsil alıb. 2016-ci ildə əmək fəaliyyətinə Biləsuvar Rayon Gənclər və İdman İdarəsində məsləhətçi olaraq başlayıb. 2018-ci ildə Biləsuvar Bələdiyyəsində aparıcı mütəxəssis, həmin ilin iyun ayından Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsində aparıcı məsləhətçi, 2020-ci ildən RİH-in Ərazi idarəetmə şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 2021-ci ildə Binəqədi Rayon Gənclər və İdman İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.  Qeyd edirik ki, S.Hüseynzadə 2017-2022-ci illərdə "Biləsuvar Yeniyetmə və Gəncləri" ictimai birliyinin sədri, 2019-cu ildən YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini və sədr əvəzi olmuşdur. 2021-ci ildən Dövlət İdarəçilik Akademiyasının magistr pilləsində təhsil alır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan

SON MƏQALƏLƏR