» » Məşqə gedən Muradı siz də tanıyın


Məşqə gedən Muradı siz də tanıyın

Bu gün onunla parkda rastlaşdıq. Velosipedlə yanımızdan keçərkən diqqətimizi çəkdi. Kürəyindəki idman çantasından bildik ki, idmana yol alıb.

Məmmədli Murad Kamil oğlu ilə söhbətdə  məsuliyyətli bir şagird olması bizdə xoş təəssürat oyatdı. Onun 12 yaşı var. İlk tanışlıqdan  oxuduğu Biləsuvar şəhər 6 saylı tam orta  məktəbdə (6 "c" sinifinin) əlaçı şagird, həm də sinif nümayəndəsi olması bizi sevindirdi.

Muradla qısa tanışlıqdan onu da bildik ki, təhsilini uğurla davam etdirib, arzusu gələcəkdə bank işcisi olmaqdır.  Bu peşəni seçmələ o, həm də atasının  arzusunu reallaşdırıb, onu sevindirmək istəyir.

Onun idmana olan marağı da nəticəsiz olmayıb. 9 yaşından karate idmanında  məşğul olan Murad 5 aydır boks idmanı ilə məşğul olur. Boksda  müəllimi Məzahir Əliyevin rəhbərliyi ilə artıq çoxsaylı uğurlar qazanıb. İndiyə kimi, Şirvan və Astara şəhərlərində  turnirlərdə birincilik qazanıb.  Ən son qələbəsi Biləsuvar rayonunda  Müstəqillik günü münasibətilə keçirilən çempionatında olub.

Tural Nəsirov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan