"Onları xidmətə göndərərkən xatirimizdə uşaq kimi qaldı, amma əsl qəhrəman kimi geri döndülər.. .” » Yerli İnformasiya Agentliyi
» » "Onları xidmətə göndərərkən xatirimizdə uşaq kimi qaldı, amma əsl qəhrəman kimi geri döndülər.. .”

"Onları xidmətə göndərərkən xatirimizdə uşaq kimi qaldı, amma əsl qəhrəman kimi geri döndülər.. .”

Şəfa və Vəfa bacıları dünyaya əkiz göz açıb. İllər ötür, Şəfa ailə həyatı qurur, əkiz oğul övladlarını – Teymur və Seymuru dünyaya gətirir. Səhhətindəki problem iki övlada qulluğa imkan vermədikdə, o Teymuru  8 aylığından bacısı Vəfaya əmanət verdi. Xalası Teymuru düz 5 yaşına kimi əzizləyib, öz balasıtək böyütdü. Məktəbə yaşları çatanda qardaşı Seymuru da yanına gətirib, onları yaşadıqları Xırmandalı kəndində  məktəbin birinci sinifinə aparır.
... 2009 - cu ildən doğma kəndləri Günəşlidə orta məktəbdə təhsillərini davam etdirən  Teymur və Seymur Abdullazadə qardaşları müəllimlərin, şagirdlərin sevimlisi olur. Teymur tarix, Seymur isə riyaziyyat fənnini daha yaxşı oxuması ilə fəxr edirdi. Ancaq zəhmətkeş ailədə böyüyən qardaşlar orta məktəbi qurtaranda, valideyinlərin çətinliyini, maddi ehtiyaclarını duyub, ali təhsil almaq fikirindən daşınıblar. Bir gün atalarının yanına gəlib, “ataçan, çox əziyyət çəkirsən, hərbi xidmətimizə başa vurandan sonra, elə hərbidə qalıb işləmək istəyirik”- deyir onlar.. . Hərbiçi olmaq üçün qardaşların istəyinə, valideyinlərin razılığı   idmançı, fiziki cəhətdən daha çox sağlam olan Teymura verilir.

... Onlar hələ hədii - buluğa dolduqca, məktəbdə oxuduqlarından, televiziyadan, böyüklərdən eşiddiklərindən bilirdilər ki, vətənlərinin Qarabağ adlı yarası var. Hətta təvəllüdlərindən 5 - 10 il qabaq bu vətən yarası təzələnib, ermənilər torpaqlarının 20 faizini də işğal edib. Elə yurd yuvasından ayrı düşən həmvətənlilərinin çoxunun doğma rayonlarında, kəndlərinin lap yaxınlığından keçən  avtomobil yolunun apardığı məcburi köçkün qəsəbələrində yaşadıqlarını da yaxşı bilirdilər.. .
Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun ətrafına, Günəşli kəndinin düz girişində yerləşən bir evdə böyüyüb Abdullazadə qardaşları. Yaşadıqların küçənin, yolun hər qarışında izi qalan Teymur və Seymur qardaşları evlərinin yaxınlığından keçən, çəbhə bölgəsinə istiqamət alan  hərbi maşın karvanına baxmaqdan zövq alırdılar. Balaca dəcəl qardaşlar hər gün hərbi maşınların gəlməsini səbirsizliklə gözləyir, arxasınca qaçır,  əsgərlərin yanında, olmaq istəyirdilər.

... Sən demə quş qanadlı illərin ardınca böyüyən bu əkiz qardaşlar müzəffər bir ordunun əsgərləri olacaqmış. Seymur deyir ki, Vətən müharibəsində qanlı döyüşlərdə qardaşlarımızı itirmək çox çətin olsa da, ordumuzun irəliləməsi, ötən 16 aylıq hərbi xidmətimiz vaxtda, 170 metir məsafədə dayanan düşmənə görə, doğma torpaqlara  ayaq qoya bilməyimiz bizə baş ucalığı gətirirdi. Ali Baş komandan hücum əmrini inanın ki, əsgərlər böyük sevinclə qarşıladı. Hər kəsdə, həsrətlə baxdığı yurdlarımızı görmək istəyi qarşısında  ölüm qorxusu yox idi.
Döyüş yoldaşlarının qəhrəmanlığından, gözləri qarşışında qardaş itkisinin acısından danışan Seymur Abdullazadə deyir ki, Suqovuşan uğurunda son döyüşdə Teymur qolundan yaralansa da,  həmin vaxt o, mühasirəyə düşən yaralı kamandirimizin xilasını düşünür. Təkidlə mənə 2 iynə vurdurub, komandir olan istiqamətə gedir. Bu zaman düşmən onların tutduğu mövqeyi atəş altında saxladığından, hər ikisi yaralı vəziyyətdə düşmənlə mübarizə aparırdı. Qəfildən düşən  mərmi onların hər ikisini şəhadətə qovuşdurdu. Qardaşımı götürməyə çalışarkən özüm   ağır yaralandım.
Teymurun nümunəvi xidməti, baçarığ və qorxmazlığı Ballıqayada komandirlərin diqqətin çəkmişdi. O, artıq peşəkar hərbici kimi tanınmışdır. Xüsusi təyinatlıların üç aylıq kursunu uğurla baş vurduqdan sonra, kicik çavuş rütbəsi ilə “AQS”ə komandrlik həvalə olunur, mən isə onun tuşlayıcısı oluram. Tovuz döyüşlərində barmaqlarından xəsarət alır, ancaq heç nə olmamış kimi bunu hamıdan gizlətmişdi: “Vətən müharibəsində döyüşümüz Seyidsular, Tapqaraqoyunlu, Talışkənd, Suqaovuşan  istiqamətində düşmənin mövqeylərini darmadağın etməklə başladı. “Mübariz” postunun  alınmasında iştirak etməkdən qürurlu nə ola bilərdi ki?. Ardınca Ömər aşırımı, 831, 951, 531, 538, 530, 727 yüksəkliklərini düşməndən təmizlədik.. .”
Qəhrəman oğullar atası Faiq Abdullayev vurğulayıb ki, müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olunub: “Fəxr edirəm ki, oğlum Vətən yolunda ən ali Şəhidlik  zirvəsinə yüksəlib. Torpaqlarımız alındı, bundan sonra gələn nəsil firavan yaşayacaq.İllərin bu dərəcədə tez keçməsindən sanki xəbərsizəm. Biz onları xidmətə uşaq kimi göndərdik, sonra hər danışıqlarında əsl kişi sözün eşitdik!. ... “Dolu” filiminə baxan məktəbli Teymur   əsbləşirdi, ermənilərə olan nifrəti  aşıb - daşırdı. Ata, niyə görə ermənilər bu hərəkətləri edib, torpaqlarımızı işğal etməlidirlər - soruşurdu.  Teymur əsgərlikdən qayıdandan sonra bildirdi ki, hərbçi olacaq, bu onun uşaqlıq arzusu idi. Seymur da buna çalışsa da,  bizim yanımızda qalması istəyimizi nəzərə almışdı. 
Müharibə başlayandan,  oktyabırın 5 - ə kimi  onlar döyüşdə olmalarını bizdən gizlətdilər. Danışmaq imkanı olanda ilk sözləri bu oldu: “ata, 27 ildir alnımızda olan damğanı, ləkəni təmizləmək üçün torpaqlarımızı  işğaldan azad edirik. Nəsə olsa özününüzü yormayın, başınızı dik tutun ki, torpaq uğurunda döyüşmüşük, haqq savaşıdır.”

Qəhərdən göz yaşlarını saxlaya bilməyən Şəfa ana qəhrəman oğul böyütməsindən  qürürludur: “Teymur həm dinini, həm xalqını sevən oğul idi. Namazından, orucundan qalmırdı. Oğlum həmişə deyirdi, ana mən hərbidə qalıb işləyəcəm, əmək haqqı kartımı da sənə verəcəm. Gözəl balam dediyini etdi,o, ölməyib, işləyir, vətəninin keşiyindədir, əmək haqqını mənə bağışladı. Bilirəm, çox əziyyət çəkirsən ana, elə bir mərd oğullar şəhid olur ki.. ,  nəsə olmuş olsa, başını uca tut ki, fəxr et ki, şəhid anası olubsan. Mübarizin anasına baxıb təsəlli taparsan - deyirdi.”

Bəli, zaman, nəsillər dəyişəcək, gələcək nəsillər də keçmişi varaqlayıb, oxuyanda Vətən müharibəsi qəhrəmanlarının rəşadətlərini qürurla danışacaq. Qanları, canları bahasına bütövləşən ana torpağın hər qarışında izi olan neçə - neçə Mübarizlər, Salehlər,   Teymurlar, adları saymaqla qurtara bilməyəcəyimiz qeyrətli oğullar xatırlanacaq. Necə ki, indi Biləsuvarın Günəşli kəndinin girişində dalğalnan üçrəngli bayrağı görənlər deyir: Bu evdə torpaqlarımızın azadlığı uğurunda ilk gündən qəhrəmancasına vuruşan Teymur və Seymur  qardaşları böyüyüb.

Şəhid Teymur Abdullazadə 2001- ci il iyunun 24-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.  Bir neçə gündən sonra nur üzlü Vətən oğlu cənnətdə 21 yaşını qeyd edəcək.
Vətənin saf əqidəli şəhid övladı Teymurumuza Allahdan rəhmət diləyirik!.

Surxay Şahbazov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran