Şuşa bəyannaməsi qardaşlığın,birliyin rəmzidir - ŞƏRH » Yerli İnformasiya Agentliyi
» » Şuşa bəyannaməsi qardaşlığın,birliyin rəmzidir - ŞƏRH

Şuşa bəyannaməsi qardaşlığın,birliyin rəmzidir - ŞƏRH

Əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa  1992-ci ildə Ermənistan tərəfindən işğal olunsa da, 2020-ci il  noyabrın 8-də öz azadlığına qovuşdu.Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı oldu.Əminliklə söyləmək olar ki, Şuşa döyüşləri ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. 

Müzəffər Ali Baş Komanadan İlham Əliyev tərəfindən ordu quruculuğu,silahlı qüvvələrimizin gündən-günə güclənməsi  həmişə diqqət mərkəzində saxlanılmışdır.Bunun nəticəsində yenilməz,rəşadətli ordumuz 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə böyük zəfər qazandı. Bu haqlı savaşda qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı sevindirir və qürurlandırır.

2021-ci il iyunun 15-də Azərbaycanın tarixi incisi olan Şuşa şəhərində Azərbaycan Prezidenti  İlham Əliyev  və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması şanlı Qaeabağ zəfərindən sonra böyük bir geosiyasi regiona dayanıqlı sülh, sabitlik, tərəqqi vəd edən düzgün strategiya olaraq gələcək həyata vəsiqə qazanmışdır.Qeyd etmək istəyirəm ki, Şuşa bəyannaməsi tarixi müqavilə olan Qars müqaviləsinə əsaslanması və məhz dövlətimizin Qurtuluş Günündə imzalanması milli dövlətçilik tariximizə əzəmət verən iki mühüm hadisəni öz şərəf səltənətinə qovuşdurmuşdur.

2021-ci il iyunun 15-i Azərbaycan dövlətinin tarixində  mühüm və əlamətdar bir gün kimi xatırlanacaqdır.Müzəffər Ali Baş Komandan ,Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev  qardaş dövlətin liderini tariximixdə ilk dəfə olaraq Qarabağda qarşıladı.Şuşa şəhərində  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında çoxşaxəli müttəfiqlik münasibətləti haqqında bəyannamənin imzalanması hər birimiz üçün mühüm mənəvi əhəmiyyət kəsb edir.Bu bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərdə yeni yolun əsasını qoydu və hərtərəfli əlaqələrdə inqilabi gerçəklik kimi qiymətləndirilməlidir.Tarixi sənəd olan bu bəyannamə ilə Bakı və Ankara  hərbi-siyasi, iqtisadi və digər sahələrdə birliyini,müttəfiqliyini rəsmi şəkildə elan etdi.

Bəyannamədə bir sıra müddəalar yer alır ki, bunlardan biri də hərbi sahədə  əməkdaşlıq  və müttəfiqliklə bağlıdır.Həmin bənddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə,suverenliyinə üçüncü dövlət və ya dövlətlər təhdid yaxud təcavüz edərsə,bir-birini qoruyacaqlar.Bu müddəanın bəyannamədə yer alması  Ermənisttandakı revanşist qüvvələr və digər dövlətlər üçün çox mühüm mesajdır.

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti və qardaş Türkiyə dövləti çox mühüm addım ataraq bölgənin siyasi mənzərəsini dəyişəcək bəyannaməyə imza atdı.Bu bəyannamə eyni kökdən gələn iki dövlətin qardaşlığının,birliyinin rəmzidir.

Üzeyir Eyvazov,
YAP Biləsuvar rayon təşkilatı Ovçubərə kənd ərazi partiya təşkilatının sədri.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran