Səfər Mehdiyev Biləsuvarda vətəndaşları qəbul edəcək » Yerli İnformasiya Agentliyi
» » Səfər Mehdiyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Səfər Mehdiyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyunun 20-də Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küç. 213) Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Bilesuvarinfo" “Qafqazinfo”ya istindən  xəbər verir ki, qəbul zamanı Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran