Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri qəbul keçirəcək » Yerli İnformasiya Agentliyi
» » Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri qəbul keçirəcək

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri qəbul keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Cəlilabad şəhərində vətəndaş qəbulu keçirəcək.

"Bilesuvarinfo" xəbər verir ki, qəbul İyunun 17-də  Cəlilabad şəhərində  keçiriləcək. Qəbulda Cəlilabad, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər. 

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə və s. mövzularda müraciətlər cavablandırılacaq.

Qəbul üçün müraciət etmək istəyən vətəndaşlar iyunun 14-dək (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər. 

Vətəndaşlar  əvvəlcədən tərtib edilmiş siyahı əsasında qəbul ediləcəklər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran