Biləsuvar taxıl biçininə başlayıb - VİDEO və FOTO » Yerli İnformasiya Agentliyi
» » » Biləsuvar taxıl biçininə başlayıb - VİDEO və FOTO

Biləsuvar taxıl biçininə başlayıb - VİDEO və FOTO

Taxılçılıq rayonlarından olan Biləsuvarın əlverişli   iqlimi strateji məhsulun bu rayonda nisbətən tez yetişdirməyə imkan verir. Biləsuvar Dövlət Aqrar İnkişaf mərkəzindən “Bilesuvarinfo”ya bildirilib ki, 2022-ci ilin məhsulu üçün rayon ərazisində 35793 hektar sahədə taxıl əkini aparılmışdır ki, bu da ötən ildəkindən 1000 ha artıq əkin deməkdir.  Yetişdirilən 9688 hektar buğda, 26105 hektar arpa zəmilərində artıq da bir necə gündür ki,  biçininə başlanılıb.
Biləsuvarlı fermerlər indi  ənənəvi əkinlərindən olan taxılın yetişdirilməsində daha çox maraqlıdırlar. Əvvəlki illərlə müqayisədə taxılın qiymətindəki artım, ümümilikdə götürdükdə isə dövlət tərəfindən   fermerlərə ayrılan subsidiyalar, gübrə və bitki mühafizə vasitələri ilə təminatı edilməsidir bu marağı artıran.

VIDEO
 
Hazırda yetişdirilən bol məhsulun optimal müddətdə götürülməsi üçün taxılçılıq təsərrüfatlarının sahiblərinə və fermerlərə yüksək texniki parametrlərə malik kombaynlar xidmət göstərir. Biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün ətraf rayonlardan da texnikalar biçinə çəlb edilərək, taxılbiçən konbaynların sayı 80 ədədə çatdırılıb.
Biləsuvar Dövlət Aqrar İnkişaf mərkəzinin baş məsləhətçisi Gülağa Qurbanov bildirmişdir ki, payız mövsümündə quraqlıq taxıl əkinində, çıxışında bir qədər yubanmaya səbəb olsa da, suvarılan sahələrdə suvarmanın davamlı xüsusi nəzarətdə saxlanılması, fermerlərin becərmə prosesində aqrotexniki qaydalara ardıcıl, vaxtında əməl etməsi, nümunəvi qulluğu zəmilərdə bol məhsula gətirib.   Bu günə (03 iyun 2022- ci ilə) Biləsuvarda 1054 ha hektar sahadə arpa biçini aparılıb, məhsuldarlıq 30-40 sentner civarında olub. Mütəxəssislərin qənaətinə görə bu il bol məhsul gözlənilinir.
5 ha sahədə arpa əkini apran, Bəydili kəndindən olan fermer Üzeyir Bağırov qeyd etmişdir ki, əkin prosesində və becərmədə aqrotexniki qaydalara vaxtında əməl etməsi sahəsindən bol məhulun götürməyə gətirib: “Suvarma suyunda da problem olmadı, əkdiyim  məhsuladar ”Qarabağ - 22” arpa sortuna yetərli qulluqdur bu gün hər hektardan 50 sentnerdən artıq məhsul götürməyim”.
 Onun həmkəndlisi olan Ramiz Qasımov  eynilə becərmə işlərinə nail olub. Növbə gözləyir ki, taxılbiçən kombayın onun sahəsinə keçsin. O, deyir ki, 2 ha sahədə arpa sahəm var, götürəcəyim məhsul təsərrüfatda hevanları bəsləməyə, istərsə satış üçün də kifayət edir. Şükürlər olsun, məhsulumuz gözləniləndən də artıqdır. 
Mexanizator Rəşad Seyidzadə hər il olduğu kimi taxılbiçən kombaynın sazlığını vaxtında həyata keçirmişəm - deyir: “ Hər kəs yaxınlaşıb, məhsulun itkisiz toplanılmasına şahid ola bilər. 5 gündür biçin işləri aparıram. 30 sentnerdə az  məhsul olan sahə olmayıb. Bəzi sahələr var ki, hətta 50 sentneri də keçir. Çox sevinirik ki, məhsulmuz boldur. “   

Qeyd edək ki, Biləsuvarda taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ücün müşavirədə də keçirilib. İclasda qərargahın üzvləri, Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin, idarə, müəssisə, təşkilatların rəhbərləri, “Aqroservis”in təmsilçiləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və  iri taxıl istehsalçıları iştirak edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran