Tarixi qardaşlıq və müttəfiqlik nümunəsi » Yerli İnformasiya Agentliyi
» » Tarixi qardaşlıq və müttəfiqlik nümunəsi

Tarixi qardaşlıq və müttəfiqlik nümunəsi

Müasir dünyada çox az dövlət vardır ki, onların xalqları Azərbaycan və Türkiyə  xalqlarının bir-birinə yaxınlığı, bağlılığı  qədər doğma olsunlar. Bu bağlılığı şərtləndirən təkcə dil, din və milli-mədəni kimlik amilləri deyil, həm də  ortaq tarix, coğrafi yaxınlığı və heç şübhəsiz uzun əsrlərdir  məruzə qalınan deportasiyalar, soyqırımlar və öz dövlətini  hifs edib  qorumaq üçün göstərilən müqavimətdir. Və heç şübhəsiz ki, bu eynilik müasir Azərbaycan-Türkiyə  münasibətlərinin inkişaf tempini  şərtləndirən mühüm  amillərdir.

Hazırda rəsmi müttəfiqlik  münasibətlərinə qədər inkişaf etmiş dövlətlərarası  əlaqələr eyni zamanda  tarixən mövcud olmuş Türkiyə-Azərbaycan  münasibətlərinə işıq salır və  imkan verir ki, əsrlər boyu bu münasibətlərinin  möhkəmlənməsinə və inkişafına maneə olmuş  amillərin aradan qaldırılmasına nail olaq. Belə ki,  dili, dini, coğrafiyası, mədəniyyəti, həyat  tərzi,  vətəninə və dövlətinə sədaqəti ilə bütün  tarix boyu eyni dəyərləri sərgiləyən və yaşadan  Azərbaycan və Türkiyə dövləti  və xalqının  indiki qədər  yaxın olmasında maneəyə çevrilmiş çoxlu sayda həm  siyasi, həm  iqtisadi, həm də  diplomatik əngəllər  olmuşdur. Nəzərə alsaq ki, dünyada   türk əsilli  xalqların  bir-birinə  yaxınlaşmasından  qorxan, bu birliyin dünya  düzəninə  mümkün təsirlərindən “ehtiyat edən dünya nəhəngləri”  hər vasitəyə əl  atıblar ki, bu  birliyə maneə olsunlar. Təssüf ki, məyyən mənada   buna nail olublar. Hələ xalqların böyük  köçü zamanında  türklərin məskun  olduqları coğrafiyaya ayaq açan “plibeylər” əsrlər boyu bu vahid xalqın  parçalanmasına çalışmış, hər  vəchlə türkdilli xalqların bir-birinə  qarşı olmaqlarından ötrü ən  müxtəlif yollara əl  atmışlar.

Hələ  orta  əsrlərdə təriqət və  məzhəb davası  türk xalqları arasında   ziddiyyət yaratmış,  sonradan bu “təriqətçiliyi” siyasi  müstəviyə keçirərək öz  maraqlarını  diqtə etməyə  nail olmuşlar. Səfəvi-Osmanlı  münasibətlərinin  tarixinə  nəzər saldıqda   bunu aydın  müşahidə etmək olur. Sonrakı  tarixi proseslər - qərbin  klassik  taktikası olan “parçala  hökmranlıq et”  prinsipinin işə salınması, təkcə dini deyil eyni zamanda  iqtisadi və mədəni ayrı-seçkiliyin vahid  türk coğrafiyasına  daşınması  nəticə  etibarilə zaman üçün hegemon  olan imperiyaların işinə yaradı.  Zəngin təbii sərvətləri, ideal geopolitik  mövqeyi olan türk xalqlarının  mədəni-iqtisadi və siyasi baxımdan  müxtəlifliyinə nail olmağa çalışan bu güclər tarixi  baxımdan istəklərinə nail ola bilirdilər. Lakin   strateji baxımdan bu  mümkün deyildi və  mütləq  tarixin hansısa dönəmində türk kimliyi özünü doğruldacaq, əzəmətli türk xalqları birliyi yenidən  tarix səhnəsinə dönəcəkdi.

Tarixi Türkmənçay  və Gülüstan  müqavilələri, Osmanlı və Səfəvi  xanədanı  arasındakı  anlaşılmaz münasibətlər, Azərbaycanın ərazisi olaraq iki hissəyə  və  tədricən iki fərqli iqtisadi və  mədəni mühitə bölünməsi, Osmanlı dövlətinin  öz  dayaqlarının itirməsi və tarix  səhnəsindən  silinməsi, sonrakı  mərhələdə sosialist Azərbaycanı və  kapitalist Türkiyəsi, ən  acınacaqlısı isə hələ də  münasibətlərə dini   zəmində  xələl  gətirməyə çalışanların  “meydan  sulaması” Türkiyə və Azərbaycanın bir-birindən  uzaqlaşmasına, fərqli  formasiyaların  təmsilçisinəinə çevrilməsinə  şərait yaradırdı. Lakin bütün  bu əsrlər boyu  bədxahlarımızın  unutduqları, düzgün  “dəyərləndirə” bilmədikləri ortaq mənafe, dəyərlər, tarixi-milli bağlar və türk  törəsinin  adəti olan “çətin günün dostu”,  “dost dar gündə tanınar”,  “türkün  türkdən başqa dostu yoxdur”  və bu kimi digər  gerçək  deyimlər var ki, bu gün Azərbaycan-Türkiyə  münasibətlərində özünü qabarıq büruzə verir.

Məhz o dəyərlər və əbədi  sarsılmaz dostluq, qardaşlıq bağları bütün antitürk, antiazərbaycan  dairələrinin  arzularını ürəklərində qoydu. Və heç şübhəsiz ki,  “bir millət, iki dövlət” olan  Azərbaycanla Türkiyənin  mövqe və  mənafelərindəki  yaxınlaşma və  bu yaxınlaşmanı  rəsmi  strateji  müttəfiqlik mərhələsinə qədər  yüksəlməsi  hər iki dövlətin  başında duran  tarixi  şəxsiyyətlərin  xidmətinin nəticəsi idi. Çünki tarixən məhz dövlət  rəhbərlərini bu  məsələyə yanaşması,  münasibəti Türkiyə ilə Azərbaycanı birgə hədəfdən yayındırır, ümumi mənafedən ayırırdı. Digər tərəfdən  özünü güclü bilən  dövlətlərin  şərtləri və  təhdidləri bu iki dövləti bir-birindən məsafədən  saxlayırdı. Belə olan halda  bu şərt və  təhdidlərə qarşı  strategiya  müəyyən  etmək və bu strategiyanı  reallığa  çevirməkdən  ötrü  güclü iradə,  tarixin sınaqlarından keçmiş təcrübə, xalqdan güc almaq və ən əsası milliliyə, tarixi kimliyə  bağlılıq lazım idi ki,  əsrlərin  süzgəcindən  keçib gəlmiş  bu xalqın iki  dövlətinin münasibətləri   zirvələrə yüksələ  bilsin. Bunu isə  xalqımızın böyük oğlu Heydər Əliyev bacardı. Məhz onun Türkiyə-Azərbaycan münasibətlərinə yönəlik strateji siyasəti addım-addım tarixin qaranlıq səhifələrinə işıq saldı. Türkiyə ilə Azərbaycan arasında qarşlıqlı etimadın, birgə təşəbbüslərin həyata keçirilməsi  üçün real zəmin yaratdı. Həmin strateji siyasətin gerçək nəticələrini bütün bütün dünya dövlətləri heyranlıqla müşayət edirlər.

Azərbaycan və Türkiyə xalqlarının XXI əsrdəki böyük şəxsiyyətləri, dövlət rəhbəri və qurucu liderləri olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uğurla inkişaf etdirdikləri strateji partnyorlu siyasəti bu  iki dövlətin və bir millətin tarixi maraqlarının nəhayət gerçəyə çevrildiyini görən, bütün tarix boyu türk xalqlarının və dövlətlərinin  yüksəlişindən qorxan, bu yüksəlişin onların dünya ağalığına son qoyacağından ehtiyat edənlər indi bu “acı” həqiqətlə barışmaq məcburiyyətindədirlər.  Günü-gündən bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin “məhəng daşı”, ilham mənbəyi  əlbətdəki bu iki dövlətin əhalisinin  otraq dəyərləri  və dəyərlər üzərində tarixi münasibətlərin bərqərar olmasını təmin edən dövlət rəhbərləridir.  II Qarabağ savaşında Türkiyənin Azərbaycan dövlətinə və xalqına verdiyi mənəvi-siyasi dəstək, müharibədən sonra davam edən birgə beynəlxalq  diplomatik fəaliyyət, “Zəfər” paradında nümayiş etdirilən qardaşlıq münasibəti,   Şuşa bəyannaməsi,  dövlət rəhbərlərinin və rəsmilərinin müntəzəm qarşılıqlı səfərləri, möhtəşəm TEXNOFEST həm də bu münasibətlərin təntənəsinin nümayişidir. Heç şübhəsiz ki, bu birliyə nail olmaqdan ötrü uzun bir yol keçilib. Bu yol iqtisadi, siaysi, mədəni əlaqələrin qurulmasından tutmuş, beynəlxalq arenada yürüdülən siyasətdə qarşılıqlı dəstəyə və ümumi mənafeyə xidmət edən prinsiplərin həyata keçirilməsində birgə fəaliyyətə söykənir.

Bu gün  yüksələn xətlə inkişaf edən Azərbaycan və Türkiyə dövlətləri,  xalqı arasında münasibətlərin dövlət rəhbərləinin  uzaqgörən, tarixi hədəflərə hesablanmış, hər iki dövlətin xalqı tərəfindən yüksək səviyyədə dəstəklənən siyasəti münasibətlərdəki milli, dini, siyasi zəmində mövcud olmuş bütün zidiyyətləri tarixin arxivinə gömmüşdür.

Heç şübhəsiz ki,  bu qardaşlıq nümunəsi digər türkdilli dövlətlər üçün örnək olacaqdır.

Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran