
“Bilesuvarinfo” xəbər verir ki, E.Əcəmov 1952 - ci ildə sakini olduğu Yuxarı Ağalı kəndində anadan olub. O, ömrünün 40 ilini nümunəvi həkim kimi insanların sağlamlığının keşiyində durub, həm də içtimai - siyasi proseslərdə öncüllərdən olub. 1999 - cu ildən kəndinin bələdiyyə sədridir.

Bütün bunlarla yanaşı Etibar həkim, çox ziyalı bir adamdır. Yüksək mədəniyyəti həmişə təmasda olduğu cəmiyyətdə onu nüfuz sahibi edib. O, hər cəhətdən gözəl insandır - deyə bilərik.
Gözəl, nümunəvi ailə başcısı Etibar həkimin həyat qayəsi halallıq üzərində qurulub. Kənd təsərrüfatı sahəsində zəngin təcrübəsi də onu bu sahədə şöhrətləndirib.
Əzizimz Etibar həkim, Sizi təbrik edir, can sağlığı, fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.



