
“Bilesuvarinfo” xəbər verir ki, meliorasiya işcilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül - çiçək düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin Akt zalında keçirilən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı F. Qürbətov meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara şərəfli fəaliyyətlərində xoş arzularını çatdırıb.

Ə.Babayev çıxışında aqrar rayon olan Biləsuvarda torpaq mülkiyyətçilərinin əkin sahələrinin suvarılmasında kollektivin üzərinə düşən misiyadan da söz acaraq, onlara fəaliyyətlərində uğurlar arzuladı.

Qeyd edək ki, peşə bayramları ərəfəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlarla bir qurup su təsərrüfatı və meliorasiya işçisi fəxri ad və orderlərlə təltif olunub. Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Biləsuvar rayon “Cənubi Muğan" Kanalı İstismarı İdarəsinin mühəndisi Abışov İxtiyar Şükür oğlu da “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.



