Həyatı xilas edilən fəhlə ikinci dəfə bədbəxt hadisə ilə üzləşibmiş » Yerli İnformasiya Agentliyi
» » Həyatı xilas edilən fəhlə ikinci dəfə bədbəxt hadisə ilə üzləşibmiş

Həyatı xilas edilən fəhlə ikinci dəfə bədbəxt hadisə ilə üzləşibmiş

Ötən gün Biləsuvar rayonunda kanalizasiyada zəhərlənən fəhlənin durumu açıqlanıb.

"Bilesuvarinfo"
xəbər verir ki, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif oğlunun vəziyyəti normallaşıb.

Qeyd edək ki, hadisə ötən gün Biləsuvar şəhərinin P.Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Əsgərov Allahyar Xudayar oğlu ölüb, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif oğlu isə zəhərlənərək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, baş mühədis və iki fəhlə kanalizasiyada baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə gəliblər. Bu zaman kanalizasiya anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən vəfat edib.
Orda çalışan digər fəhlə, 1989-cu il Səfərov Nurəddin Ağadi oğlu da zəhərlənib. Onun da vəziyyəti normallaşıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Xatırladaq ki, Mirzəyev Asif Vasif oğlu bundan əvvəl 2017-ci ildə kanalizasiya xətti çəkilişi zamanı ağır yaralanıb. O, xəttin çəkilişi zamanı torpaq altında qalıb, yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və xəstəxanaya yerləşdirilərək müalicə olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran