» » YAP Biləsuvar rayon təşkilatı müsabiqədə uğurla təmsil olunub


YAP Biləsuvar rayon təşkilatı müsabiqədə uğurla təmsil olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99- cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirilmişdir. 

"Bilesuvarinfo" ya YAP Biləsuvar rayon təşkilatından bildirilmişdir ki, müsabiqəni keçirməkdə məqsəd partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır.
Müsabiqədə respublikamızın 60 şəhər və rayonundan 1361 nəfər qeydiyyatdan keçmişdir. Müraciət edənlər arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı layihədə iştirak şansı qazanıb. Onlarından da biri YAP Biləsuvar rayon təşkilatının təmsilçisi Nərmin Xaqandır.

Müsabiqə iştirakçısı - YAP Biləsuvar rayon təşkilatının təmsilçisi Nərmin Xaqan  müsabiqdən sonra YAP rayon təşkilatında olmuş, müsabiqə barədə təəsüratlarını bölüşmüşdür.

Müsabiqəyə qatıldığına və fəal iştirakına görə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Nərmin Xaqana təşəkkürünü bildirmiş və gələcək ictimai-siyasi fəaliyyətində ona uğurlar arzulamışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan