» » “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”


“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”

Biləsuvar rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar konfrans  keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, konfransdan öncə ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində adına olan parkda abidəsi önünə gül dəstələri qoyuldu. 

“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan   dövlətinin banisidir” mövzusunda konfransda rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Millət vəkili Bəhruz Məhərrəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ərazi partiya təşkilat sədrləri iştirak edib.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs etdi. O, bildirdi ki, Heydər Əliyevin dövlətimiz və cəmiyyətimiz qarşısındakı tarixi xidmətləri hər birimiz üçün örnək olmalı, onun ideyaları bizim həyat amalımıza çevrilməlidir.
Tədbirdə  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışında Ulu Öndərlə unudulmaz görüşlərindən danışdı. Ulu Öndərin xilaskarlıq misiyasından söhbət açan Millət Vəkili qeyd etdi ki, bu gün siyasi arenada olan şəxslərin içtimai-siyasi proseslərdə mövqe sərgiləməsi vacibdir. O, nitqini Ulu Öndərə xitabən, “Yolunuz yolumuzdur” ifadəsi ilə yekunlaşdırdı.
Konfransda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndərin həyat yolu barədə nitq söylədi. O, tarixən müxtəlif ideologiyaların mövcud olduğu regionumuzda Ulu Öndərin Azərbaycançılıq ideologiyasının qalib ideologiya olduğunu bildirdi: "Bütün dünya azərbaycanlılarının bu ideologiyanın ətrafında birləşdi. Ulu Öndərin sözün bütün mənalarında layiqli davamçısı olan Ali Baş Komandan, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti hələ bundan sonra daha  çox tarixi uğurlarla nəticələnəcək."Tədbirdə rayon ağsaqllarından Akif Kazımov və Əjdər Niftiyev çıxış edərək Heydər Əliyev şəxsiyətinin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq, onun təkcə Azərbaycan üçün deyil bütün dünya üçün örnək lider olduğunu vurğuladılar. 
Tədbirin yekununda bir qrup partiya fəallarına fəxri fərman, partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.Uzun illər dövlət qulluğunda, pedaqoji sahədə və YAP Rayon təşkilatının aparatında çalışmış Əjdər Niftiyevə yubiley yaşı ilə əlaqədar olaraq hədiyyə təqdim edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan