» » Biləsuvarda türklərlə “Qardaşlaşma” protokulu imzalanacaq - YENİLƏNİB - FOTOLAR


Biləsuvarda türklərlə “Qardaşlaşma” protokulu imzalanacaq - YENİLƏNİB - FOTOLAR

Türkiyə və Azərbaycanın qardaşlığı əks olunan yeni layihə reallaşdırılır.

"Bilesuvarinfo" xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Dənizli şəhərinin Çameli ilçəsi ilə Biləsuvar rayonu arasında “Qardaşlaşmış şəhərlər" və Çamelidəki Atatürk məktəbi ilə rayonun Əliabad kənd tam orta məktəbinin “Qardaşlaşmış məktəblər" protokolu imzalanacaq.

Sabah, Ulu Öndər Heydər Əliyevin doğum günündə (10 may 2022 - ci il tarixdə) protokolların imzalanması ilə əlaqədar Türkiyə nümayəndə heyətinin Biləsuvar rayonuna rəsmi-işgüzar səfəri baş tutacaq. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə səfər çərçivəsində nəzədə tutulan tədbirlər öncəsi Ulu Öndərin abidəsi ziyarət ediləcək. Nümayəndə heyətinin Heydər Əliyev Mərkəzinə ekskursiyası, eksponatlarla tanışlığı olacaq.

Qonaqlar Milli Qəhrəman Mübariz İbrahimovun  ev muzeyində olaraq, ailə üzvlərini ziyarət edəcək. Əliabad kənd məktəbində rəsmi görüş çərçivəsində “Qardaşlaşma” protokolu imzalanacaq. Daha sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun nümayəndə heyəti ilə rəsmi görüşdə iki dövlətin rayonları arasında “Qardaşlaşma” protokulunun da imzalanması olacaq. 

Həmçinin səfər çərçivəsində Heydər Əliyev adına Mərkəzi Parkda simvolik “Dostluq ağacı” əkiləcək və Gül bayramına həsr olunmuş sərgiyə baxış keçiriləcək.  Mübariz İbrahimov Liseyində Milli Qəhrəmanın abidəsi ziyarət olunaraq, liseydə bayram tədbirində iştirak ediləcək.
                * * *
Bu gün Biləsuvar rayonuna rəsmi - işgüzar səfəri çərçivəsində,Türkiyə nümayəndə  heyəti Biləsuvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Biləsuvar Rayon İcra Hakimiyyətində, Əliabad kəndində və M.İbrahimov adına bağça - lisey kompleksində görüşlər keçirilib, qardaşlıq  protokolları imzalanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan