"Ədalət Babayev deyir ki, imkanın varsa, get sən də suvar..." » Yerli İnformasiya Agentliyi
» » » "Ədalət Babayev deyir ki, imkanın varsa, get sən də suvar..."

"Ədalət Babayev deyir ki, imkanın varsa, get sən də suvar..."

Kəndimizin torpaq mülkiyyətçiləri suvarma suyuna həsrətdir. Bu il kənd sakinləri tərəfindən əkilən 300 ha taxıl sahəsində cıxış əsasən yağış hesabına oldu. Əkinin suya olan tələbatın artığı bir vaxtda bizə yenə su verilmir. Bir qism mülkiyyətçi əkinin çətinliklə suvarıb, 200 ha sahədə isə əkinin suvarılması heç aparılmayıb.

“Bilesuvarinfo”ya bu haqda yazan, Ağayrı kənd sakini Hüseynov Mahir Gülhüsen oğlu qeyd etmişdir ki, su var, ancaq suyun bölüşdürülməsində ədalətsiz yanaşma xüsusi mülkiyyətdə olan torpaqların becərilməsində ciddi problemlərə yol açıb: “ Biləsuvar rayon Suvarma Sistemləri İdarəsininə məxsuz “R - 4” suvarma nasosxanası digər kəndlərlə yanaşı bizim kəndin torpaqlarını suvarma suyu ilə təmin edir. Bu il mövsüm başlayandan bu matorun çox az vaxtda işlədilməsidir problemi pik həddə çatdıran.
İndi deyirlər ki, suyu “Hacı düzünd”ə olan əkinlərə  veririk, ya da qonşu rayona su çatmır deyə nasosxananı işlədə bilmirik. Bəs onda biz necə edək, dövlət bizə əkin üçün yaxından dəstək olub  yardımlar ayırır. Ödənilən subsidiyalar hesabına keyfiyyətli taxıl əkini aparıb, becərməsin etmişik, suvarmayaq yansın?.

 Suyun azlığını bəhanə edən, suyun qıtlığını idarənin fəaliyyətində bütün nöqsanlara “pərdə” edən   Suvarma Sistemələri İdarəsinin rəhbərliyi istənilən qərarı verməkdə özünü haqlı bilir. Kimin maddi imkanı kifayət edir, yanacaq alıb mator işlədir, yerini suvarır. Sözünün və ya cibinin kəsəri olanlar, hətta əkinini üç dəfə suvarılmasına imkan verib. Digərləri bəs necə eləsin?.

Hazırda ərazidə suvarma üçün olan daha bir imkan da hər kəsin imkanı xaricində deyil. Belə ki, “10 a” deyilən   elektrik matorunun işləməsi Suavarma Birliyinin rəhbəri  Fürsət Eyvazovun insafına qalıb. Anlaşma şəraitində hər hektar əkinə görə 30 manatından keçsən, əlin cibində əkinin su içəcək. Həmçinin təsəvvür etmək çətindir, taxıl sahələrimiz yanır, digər tərəfdə pambıq əkini üçün hazırlanan yerlər arat olunur.

İdarə rəhbəri Ədalət müəllimin qəbulunda yenə oldum, dil açıb yalvardım ki,  kömək etsin. Bu dəfə töfsiyəsi bu oldu ki, hamı necə, sən də elə, imkanın varsa, get sən də suvar.. . 

P.S: Vətəndaşın bildirdiyi iddialarla bağlı qarşı tərəf münasibət bildirərsə, dərc etməyə hazırıq
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran