Sənan Mənsimli 1 şəhər və 4 rayonun təhsilinə cavabdeh olacaq - FOTO » Yerli İnformasiya Agentliyi
» » Sənan Mənsimli 1 şəhər və 4 rayonun təhsilinə cavabdeh olacaq - FOTO

Sənan Mənsimli 1 şəhər və 4 rayonun təhsilinə cavabdeh olacaq - FOTO

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adı məlum olub.

"Biləsuvarinfo"
xəbər verir ki, bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub. 

Bununla bağlı Təhsil naziri əmr imzalayıb. 

Əmrə əsasən bu vəzifəyə Mənsimli Sənan Famil oğlu təyinat alıb. 

S. Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub.

Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir. 

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran