» » Zəfər Qurultayı bir daha sübut etdi ki, biz dünyada böyük və məğrur xalqıq


Zəfər Qurultayı bir daha sübut etdi ki, biz dünyada böyük və məğrur xalqıq

Azərbaycan Respublikasının Prezidenti 2022-ci ili “Şuşa İli” elan etmişdir. Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşa şəhərində Zəfər Qurultayı mühüm bir dövrə-“Şuşa İli “nə təsadüf etməsi, böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi mesaj oldu.

Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlangıcıdır. Bu Qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək. Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin  gələcək istiqamətləri  ücün “Yol Xəritəsi”dir. Bu nitq gənc nəslə milli hislərin,dilin, şanlı tariximizin aşılanması, təblig edilməsi sahəsində konkret müddəaların toplusudur. Nitqin əsas qayəsi göstərir ki, hədəflərimiz və onların qarşısında dayanan maneələr böyükdür, amma kecilməz deyil. Agır döyüşlərdə qələbə qazanan  bir xalqın övladları arxayınlaşmamalı,haqdan, ədalətdən və vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, fasiləsiz bir şəkildə davam etdirməlidir. Hədəflərimizə gedən yolumuzda yaşadıgımız yerdən, tutdugumuz vəzidədən asılı olmayaraq, Azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızı dünyada tanıtmaga həsr etməliyik.

Azərbaycan  Prezidentinin  Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin  mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin  inkişafı  ücün  də əsas hədəfləri aydın şəkildə  göstərdi. Xalqımızın Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali  Baş Komandan çənab İlham Əliyevin rəhbərliyi  ilə “Dəmir Yumruga” cevrilməsi gələcəkdə Azərbaycana münasibətin  istiqamətini  müəyyən edir. Eyni zamanda,  44 günlük Vətən  müharibəsindən  sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində böyük işlərin  görülməsini  tələb edir.

Şuşa  Qurultayında  əsas mövzular arasında  postmüharibə  dövründə  diaspor fəaliyyətinin  təşkili dayanır. Buraya tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik   hisslərinin  aşılanması  və Azərbayçan dilinin tədrisinin təşkili, eləcədə də şəbəkələşmə  və müxtəlif  səpkidə kampaniyaların  hazırlanması  kimi  icmadaxili  fəaliyyətlər  daxildir.

Atəş Məmmədli,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan