» » Arazbarı kəndində avtomobil qəzası olub, ölən var


Arazbarı kəndində avtomobil qəzası olub, ölən var

Biləsuvar rayonunda avtomobil qəzası olub.

 "Bilesuvarinfo" xəbər verir ki,  hadisə ötən gün,  saat 11 radələrində rayonun Arazbarı kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub. Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR