» » » Şəhid Asif Talıblının 29 yaşı tamam oldu


Şəhid Asif Talıblının 29 yaşı tamam oldu

Bu gün Vətən müharibəsi şəhidi Asif Talıblının 28 yaşı tamam olur.

"Bilesuvarinfo" xəbər verir ki,  şəhidimizin doğum günü münasibətilə  rayon içtimaiyyəti tərəfindən onun  ata ocağı və məzarı ziyarət olunmuşdur.
Anım mərasimində iştirak edən YAP Biləsuvar rayon təşiklatının sədri Kamil Qurbanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun düşmənlə apardığı haqq savaşında  Qələbəmizin tarixi əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, öz qanı bahasına bizlərə qələbə sevincini yaşadan Vasif kimi qəhərəmanların müqəddəs ruhu qədirbilən xalqımız tərəfindən hər zaman anılacaq.
Anım mərasimində Biləsuvar Rayon Polis Şöbəsinin əməkaşları şəhidimizin məzarı önünə kollektiv adından əklil qoyaraq, sayğı duruşu nümayiş etdirib. Şöbənin rəis müavini, polis mayoru Pərviz Məmmədov şəhid valideyinləri ilə görüşüb, onlara rəhbərliyin ehtiramını çatırdı.

Talıblı Asif Arif oğlu 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2013-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 12-də  Hadrut uğrunda gedən qanlı döyüşlərdə düşmən snayperindən açılan güllədən şəhid olub.
Vətənin cəsur oğlu A.Talıblı özündən sonra  5  yaşlı qızı Ayan balanı bizlər üçün əmanət qoyub. O, Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin alınmasına görə, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda”, medalları ilə təltif olunub.
Qeyd edək ki, Zəhmətabab Bələdiyyəsinin sabiq sədri Arif Talıbovun Vətən müharibəsinə  3 övladı iştirak edib.  A. Talıbovun böyük oğlu Vasif kimi, Asif də Daxili Qoşunların tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi döyüşlərə qatılıb. Onlar  qorxmazlığı, xüsusi bacarıqlarına görə komandanlıq tərəfindən  Xüsusi Təyinatlı Dəstəyə qəbul edilmişdi.  Kiçik oğlu Ziya isə vətənin dar günündə könüllü silaha sarılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan