» » Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili


Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili

 Azərbaycan dili müxtəlif dövrlərdə  dövlət dili kimi rəsmən elan edilibsə də, dövlət dili statusu uzun müddət qorunmamışdır. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ana dilimizin xilaskarı olmuşdur.

Ulu öndərin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, özünüdərk, milli azadlıq ruhunu yüksəltdi.

Ulu Öndərin fəal təşəbbüsü ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12 - də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.(21-ci maddədə)

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadələnin tarixi bir qərinədən çox davam etmişdir. Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında gündəlik həyatda təcrübədə ümumişlək dilə çevrilməsi üçün yorulmadan çalışmış və buna nail olmuşdur.

Heydər Əliyev xalqın formalaşmasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır.Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Ulu Öndər məhz ana dilinin əsasında dünyanı dərk etməyi məsləhət görürdü.Azərbaycan gənclərinə xarici dilləri öyrənməyi, öz ana dilini isə daha mükəmməl bilməyi hər zaman tövsiyə edirdi.

Qeyd edək ki, Azərbaycan dilinin inkişafı tətbiqi sahəsinin genişləndirilməsi və yabancı təsirlərdən qorunması həmçinin dilimizin saflığı,təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla layiqincə davam etdirilir.

Nahidə Abuşova,
Masallı rayonu, Böyük Xocavar kənd orta məktəbin müəllimi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR