» » “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı yekunlaşdı


“44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı yekunlaşdı

Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin final mərhələsi olub.

"Bilesuvarinfo" xəbər verir ki, rayon turlarının qalibləri Biləsuvar rayonunda keçirilən final mərhələsində iştirak etmişdir. Ümumilikdə üç rayon (Biləsuvar, Cəlilabad, Salyan) üzrə 225 istedadlı  gənc layihədə iştirak edib. Final mərhələsinə hər rayon üzrə 15 nəfər, hər istiqamət üzrə isə ən yaxşı nəticə göstərmiş 5 nəfər vəsiqə qazanmışdır. 
Tədbirin mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman xanım Yüzbaşova, Biləsuvar şəhər 1 saylı tam orta məktəbin direktoru Xanımgül Abıyeva, rayon təhsil şöbələrinin əməkdaşları, qazilər, layihə rəhbəri Elnur Hüseynli, təlimçi Arif Ağazadə, ekspert Əlifli Əliheydər və gənclər iştirak etmişdirlər.

Final mərhələsində üç rayon üzrə 45 gənc iştirak etmişdir. Qaliblərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb. Yaradıcılıq müsabiqəsində üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilmiş və ən yüksək qiymət alan iştirakçılar  mükafatlandırılmışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR