" Sosial şəbəkələrdən düzgün istifadə edək! ” » Yerli İnformasiya Agentliyi
» » " Sosial şəbəkələrdən düzgün istifadə edək! ”

" Sosial şəbəkələrdən düzgün istifadə edək! ”

“Sosial şəbəkələrdən düzgün istifadə edək!” adlı layihənin növbəti, sayca ikinci  tədbiri Biləsuvar Peşə liseyində  baş tutub.

"Bilesuvarinfo" xəbər verir ki, təbirdə  layihənin rəhbəri Arif Ağazadə layihə barədə gənclərə ətraflı məlumat verdi. O, bildirdi ki, layihənin məqsədi gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması üçündür: "Bu məqsədlə layihənin birinci təlimi uğurla yekunlaşdırılıb. Sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə bağlı gəncləri maarifləndirməyə çalışırıq"

Tədbirdə çıxış edən Biləsuvar Peşə liseyinin direktoru Əlifli Əliheydər layihənin əhəmiyyəti barədə söhbət açıb. Bildirmişdir ki,  müasir dövrdə sosial şəbəkələr böyük platformalara çevrildiyindən, gənclər düzgü istifadə barədə daima məlumatlandırmalıdır.

Daha sonra, təlimçi Elnur Hüseynli gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətindən danışıb. Eyni zamanda Azərbaycan həqiqətlərini, Azərbaycanın qazandığı qələbələri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif imkanlardan, həmçinin həştəqlərdən kütləvi istifadənin əhəmiyyəti, internetdəki imkanlardan istifadə edərək düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə, keçirdiyi təlimdə geniş bəhs edib.

Təlim praktiki məşğələlərlə davam etdirilmişdir. 

Sonda gənclər qruplar halında öz təkliflərini yazaraq təqdim etmişlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran