» » » “Oğul nəvəm olsa, adını Fərahim qoyacağam”


“Oğul nəvəm olsa, adını Fərahim qoyacağam”

"2016-cı ilin Aprel döyüşlərində şəhadətə qovuşan Fərahim Novruzov anılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Şöbəsinin əməkdaşları Fərahimin məzarını ziyarət elədik, haqqında söhbət etdik”

"Bilesuvarinfo" xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Fərahim Novruzovun atası Nadir Novruzov deyib.
Şəhid atası oğul itkisinin çox ağır olduğunu və buna dözməyə çalışdığını bildirib:
“Fərahimsiz çox pisəm. Elə bil ki, sağ qolum yoxdur. Fərahim çox çalışqan, işguzar övlad idi. Onunla təsəlli tapıram ki, Fərahim vətən yolunda şəhid oldu. Gələcəkdə düşünürəm ki, kiçik oğlum ailə qursun, inşallah oğul övladı olsa, adını Fərahim qoyacam. Ancaq çalışıram ki, Fərahimin adını yaşadam”.  

Qeyd edək ki, Fərahim Novruzov 1996-cı il sentyabrın 1-də Biləsuvarın Səmədabad kəndində anadan olub. Aprel döyüşlərində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalıyla təltif edilib. Şəhidimiz həmçinin Xalq artisti Ramiz Novruzun yaxın qohumudur. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan