» » "Ən yaxşı təqdimat" müsabiqəsi yekunlaşıb - FOTO


"Ən yaxşı təqdimat" müsabiqəsi yekunlaşıb - FOTO

Biləsuvar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb. 

"Biləsuvarinfo"
Biləsuvar rayon Təhsil Şöbəsinin facebook səhifəsinə istinadən xəbər verir ki, 
müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.

Rayon turunun nəticəsinə əsasən  Biləsuvar rayon Ə.Almasov adına Səmədabad kənd tam orta məktəbin  XI sinif şagirdi İbadova Fidan Emin qızının videotəqdimatı respublika mərhələsində iştirak hüququ qazanıb.

Şagirdimizi təbrik edir, növbəti mərhələdə uğur arzulayırıq.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR