» » Hesabat - seçki yığıncaqları kəndlərdə davam etdirilir


Hesabat - seçki yığıncaqları kəndlərdə davam etdirilir

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilir.

“Bilesuvarinfo” xəbər verir ki, partiyanın Biləsuvar şəhəri üzrə ərazi partiya təşkilatlarında başa çatan hesabat - seçki yığıncaqları hazırda kəndlərdə davam etdirilir.
YAP Biləsuvar rayon təşkilatının Səmədabad, Nərimankənd, Nəsimikənd və Çaylı kənd ərazi partiya təşkilatlarında bu gün hesabat - seçki yığıncaqları keçirildi. 

Toplantı iştirakçıları hər üç kəndin qəbirstanlığında olaraq, buradakı şəhid məzarlarını ziyarət edib. Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda gündəlikdə duran məsələ - ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və  ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur. 
Yığıncaqlarda ərazi partiya təşkilatı sədrlərinin hesabatı dinlənilmiş, hesabat dövründə görülən işləri geniş müzakirə olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Sonra partiyanın sözügedən ərazi təşkilatların sədr və müvinləri seçilib. 
Kəndlərdə keçirilən səsvermələ əsasən, sədr və müavinlər müvafiq olaraq: Çaylı kənd ərazi partiya təşkilatına - Rəşad Əliyev, Ceyhun Əliyev, Nəsimi kənd ərazi partiya təşkilatına - Nadir Əliyev, Əli Əliyev, Nərimankənd kənd ərazi partiya təşkilatına - Elmin Babayev, Sarvan Əliyev və Səmədabad kənd ərazi partiya təşkilatına - Aydın Bəşirov, Cavid Teymurov seçilib.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın proqram və nizamnaməsinin tələblərindən geniş bəhs etdi. O, qeyd etmidir ki Partiyanın VII Qurultayında qəbul olunmuş nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratmışdır: “ Odur ki, biz səylərimizi artrmalı, içtimai – siyasi fəaliyyətimizdə dövlətçiliyimizin daha da möhkəmləndirilməsində öz töhfələrimizi verməliyik.” 
 K. Qurbanlı ötən hesabat dövrü ərzində ərazi təşkilatlarının fəaliyyəti ilə baglı fikirlərini bölüşdü. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan