Piyada keçidindən keçərkən maşın vurdu » Yerli İnformasiya Agentliyi
» » Piyada keçidindən keçərkən maşın vurdu

Piyada keçidindən keçərkən maşın vurdu

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol - nəqliyyatı hadisəsi baş verib.

"Bilesuvarinfo" xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Biləsuvar RMX - nin qarşı hissəsindən keçən avtomobil yolunda baş verib.

Belə ki, piyada keçidindən yolu keçmək istəyən rayonun Bəydili kənd sakini1973 - ci il təvəllüdlü Abbasov Pərviz Əlihəsən oğlunu  minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəli ağır bədən xəsarətləri alan piyada P.Abbasov xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, hadisənin baş verdiyi nizamlanmayan piyada keçidinin işıqlandırılmaması, eyni zamanda, bu yolla hərəkətdə olan nəqliyyat vasitəsi sürücülərinin böyük əksəriyyətinin qaydalara əməl etməməsi son vaxtlar sakinlərdə ciddi narahatçılıq yaradır.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran