- 21 iyul, 23:36
- 499 dəfə oxunub
- 0
Milli Qəhrəmanın atası qurbanlığını kəsib
“Bilesuvarinfo" xəbər verir ki, bu fikirləri, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bu gün öz qubanlığını kəsərkən qeyd etmişdir. O, qeyd etmişdir ki, xoşbəxtik ki, xalqaımızın 30 illik nisgilinə son qoyuldu: “Mübariz şəhadətə qovuşduqdan sonra, hər il qədirbilən xalqımız nümayəndələri onun anadan olduğu yurda ziyarətə gələrkən də Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər
Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan igidləri zamanı çatanda öz qanını və canını Vətən yolunda əsirgəmədi.
Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.”