
Lənkəranda baş verən zəlzələ Biləsuvarda da hiss olunub.
"Bilesuvarinfo"ya bu barədə rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, zəlzələ 3 bala qədər hiss olunub.
Qeyd edək ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Belə ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.