
“Bilesuvarinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Şahin Şahbazov Biləsuvar Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.
Ş.Şahbazov bu təyinatadək, 2021-ci ilin may ayından Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Qeyd edək ki, Şahin Yusif oğlu Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və abidələrin mühafizəsi ixtisasını bakalavr dərəcəsi üzrə, 2008-ci ildə isə Bakı Dövlət Universitetininin Tarix fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun doktorantı olub.Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
O, 2019-cu ildən Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. 4 elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır. Beynəlxalq Muzeylər Şurasının ( İCOM) üzvüdür.