» » Biləsuvarda “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.


Biləsuvarda “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.


Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.

"BİLESUVARİNFO" xəbər verir ki, konfransda  Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Fəzail İbrahimli, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatlar Bəhruz Məhərrəmov, Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı, s.e.f.d. Murtəza Həsənov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ictimaiyyətin nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə Ulu Öndərin adını daşıyan parkdakı abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.

Sonra Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub.Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli çıxışında Heydər Əliyev irsində vətən sevgisi, azərbaycançılıq hissi, xalq və millət sevgisinin xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər bunları insan üçün mənəvi əsas hesab edirdi. Azərbaycançılıq qayəsi Heydər Əliyevin nəzəri irsinin ən yüksək amalı idi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatlar Bəhruz Məhərrəmov, Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı, s.e.f.d. Murtəza Həsənov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digərləri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıblar.

Sonda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan