» » Dağıntılar altından qadının meyiti çıxarıldı


Dağıntılar altından qadının meyiti çıxarıldı

Xəbər verildiyi kimi,  Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında güclü partlayış olub. Belə ki, hadisə binanın beşinci mərtəbəsində yerləşən mənzilə ana və iki övladı daxil olarkən baş verib.

"Bilesuvarinfo" xəbər verir ki,  partlayışdan qısa müddət sonra  dağıntılar altından uşaqlar - Yusif Fərqan oğlu Əliyev və Yusif Fərqan oğlu Əliyev çıxarılıb. Uşaqların anası - Günay Əliyevanın axtarışı davam etdirilir.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadın - Günay Əliyevanın cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR