» » "Vaz 2106" kanala aşdı, xəsarət alan var


"Vaz 2106" kanala aşdı, xəsarət alan var

Biləsuvarda avtomobil qəzası olub.

"Bilesuvarinfo" xəbər verir ki, hadisə Bəhrəmtəpə - Biləsuvar avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində olub.

Belə ki, rayonun Ağayrı kənd sakini, 1978 -ci il təvəllüdlü Qurbanov Fəqan Aslan oğlu idarə etdiyi "Vaz 2106" minik avtomobili yolun sərt döngəsində idarəetmədən çıxaraq, su kanalına aşıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan, qəzada küt travma alan   F.Qurbanovun xəsarətlərini həkimlər yüngül qiymətləndirir. Həkim nəzarəti altındadır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR