
Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin bacı-qardaş olması məlum olub.
"Bilesuvarinfo"nun məlumatına görə, həmin şəxslər Fərqanə Əliyeva Yusif Əliyevdir.
Onlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından sağ çıxarılaraq təcili tibbi yardım briqadalarına təhvil verilib.
Hımin şəxslər ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
***2023-04-24 19:53:05
Biləsuvarda binada güclü partlayış olub.
"Bilesuvarinfo"nun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi şəhərətrafı kəndlərdə də eşidilib.