» » Aşağı Cürəlidə “Finca Azərbaycan”ın əməkdaşı ürəyindən bıçaqlanaraq qətlə yetirilib


Aşağı Cürəlidə “Finca Azərbaycan”ın əməkdaşı ürəyindən bıçaqlanaraq qətlə yetirilib

Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Bilesuvarinfo"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rüfət Kərim oğlu Əlizadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum Cəlilabad rayonunun sakinidir. “Finca Azərbaycan” Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işləyirdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan