» » Başçı Biləsuvar əhalisini təbrik etdi


Başçı Biləsuvar əhalisini təbrik etdi


Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar əhalisini Ramazan bayramı münasibəti ilə təbrik edib.

"BİLESUVARİNFO" xəbər verir ki, cənab Başçı aşağıdakı sözlərlə Biləsuvar əhalisinə təbrikini çatdırıb.

Əziz həmvətənlər, bacı və qardaşlar, əziz biləsuvarlılar !

Sizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır, tutduğunuz orucunuzun Tanrı dərgahında qəbul olunmasını diləyirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən mübarək aylardandır. Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük fərəh hissləri və könül xoşluğu ilə yola salır. İnsanların qəlbini və nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir.

Bu mübarək bayram günlərində ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, müstəqilliyimiz uğrunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur. Onlara Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə cansağlığı arzu edirəm. Hər birinizi bayram münasibətilə  səmimi qəlbdən bir daha təbrik edir, müqəddəs bayram günlərində etdiyiniz dua və diləklərin, saf niyyətlərin Tanrı dərgahında qəbul olunmasını arzulayıram. Allah tutduğunuz orucunuzu qəbul etsin.

Bayramınız mübarək olsun!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR