» » “Qırmızı ürəklər” komandası da Bolqarçayı təmizlədi


“Qırmızı ürəklər” komandası da Bolqarçayı təmizlədi

Biləsuvar şəhəri və bir çox kəndlərindən keçən Bolqarçayın təmizlənilməsi istiqamətində görülən işlər davm etdirilir.

“Bilesuvarinfo” xəbər verir ki, bu gün çayın məişət tullantılarından təmizlənilməsi üçün keçirilən növbəti iməclik Biləsuvar Rayon İcra Hakimiyyətinin və Kapital Bank ASC - nin təçkilatçılığı ilə baş tutub.

Belə ki, “Kapital Bank”ın “Qırmızı ürəklər” Fondu komandasının iməcilikdən öncə biləsuvarlı gənclərlə keçirdiyi görüşdə təbiətin mühafizə olunmasının vacibliyindən söz açılıb. Çayın təmiz saxlanılmasında gənclərin üzərinə düşən işlər diqqətə çatdırılıb.

Sözügedən fondun “Qırmızı ürəklər” layihəsi çərçivəsində çoxsaylı gənclərin qatıldığı iməcilik zamanı Bolqarçayın Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsi sakinlər tərəfindən atılan məişət tullantıları təmizlənib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR