» » Bu regionda ən yüksək balı Zəhra toplayıb


Bu regionda ən yüksək balı Zəhra toplayıb

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticəsin açıqlayıb.

"Bilesuvarinfo" xəbər verir ki,  Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdlər də müəyyənləşib.

Şirvan-Salyan Regional Tədris İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 290 bal toplayıb.

Sözügedən abituriyent Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi İbişova Zəhra İdris qızıdır.

O, fənnlər üzrə Azərbaycan dilindən 96 bal, riyaziyyatdan 98 bal, xarici dildən isə 96 bal toplayıb. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan