» » Biləsuvarda su qıtlığı: yeddi kəndə su maşınları ayrılıb


Biləsuvarda su qıtlığı: yeddi kəndə su maşınları ayrılıb

Biləsuvar rayonunda bir sıra kənddə yaranan içməli su qıtlığı ilə bağlı tədbirlərə başlanılıb.

"Bilesuvarinfo" "Report"a
istinadən xəbər verir ki, Aşağı Cürəli, Əsgərabad, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində içməli su probleminin aradan qaldırılması məqsədilə bu yaşayış məntəqələrinə su maşınları cəlb olunacaq.

Biləsuvar Sukanal Sahəsindən "Report"un yerli bürosuna bildirilib ki, su probleminin təsirlərinin azaldılması üçün hazırda sözügedən kəndlərə bir ədəd su daşıyan avtomobil ayrılıb.

Qeyd olunub ki, Cənubi-Muğan kanalında suyun səviyyəsi azaldığından ondan içməli su kimi istifadə mümkün olmayıb. Buna görə də su problemi ilə üzləşən kəndlərə xüsusi maşınlar vasitəsilə içməli suyun daşınmasına başlanılıb:

"Su maşını 20 tonluqdur və kəndlərin ehtiyacına görə hər gün və ya günaşırı bir maşın su daşınır. Gələcəkdə əgər zərurət yaranarsa, "Azərsu" tərəfindən əlavə texnika ayrılacaq".
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan