» » “Heydər Əliyev İli”nə həsr olunmuş mini futbol üzrə rayon birinciliyinə start verilib


“Heydər Əliyev İli”nə həsr olunmuş mini futbol üzrə rayon birinciliyinə start verilib

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü məktəbli oğlanlar arasında mini futbol üzrə rayon birinciliyinə start verilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, 20 komandanın iştirakı ilə keçirilən turnirin əsas məqsədi rayonun ümumtəhsil məktəblərində təhsil alan gənclərin idmana, sağlam həyat tərzinə marağın artırılması, mini futbol idman növünün gənclər arasında təbliği, həmçinin məktəblər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsidir.

İlk oyun günündə 3 görüş keçirilib. Bəydili kənd tam orta məktəbin komandası Ovçubərə kənd tam orta məktəbin komandasına, Şəhər 1 saylı tam orta məktəbin komandası Ağayrı kənd tam orta məktəbin komandasına, İnternat tipli məktəb-liseyin komandası isə Zəhmətabad kənd tam orta məktəbin komandasına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan