» » Parkda növbəti iməclik keçirildi


Parkda növbəti iməclik keçirildi

Biləsuvar rayonunda iməcilik keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, bu gün Mərkəzi Parkda keçirilən növbəti iməcliyə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RİHB aparatının məsul əməkdaşları, YAP Biləsuvar rayon təşkilatının sədri Kaml Qurbanlı, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri qatılıb.

İməcilikdə parkın ərazisi alaq otlarından təmizlənmiş,  əkilən ağaclara aqrotexniki qulluq göstərilib, dibləri şumlanıb və suvarılıb. İməcilik zamanı parkın ərazisində həyata keçirilən geniş təmizlik işləri parkın genişləndirilmiş hissəsinədək davam edib.

Qeyd edək ki, bu dəfə parkda ağacların suvarılması, rayonada suvarma suyuna olan ciddi tələbatla əlaqədar su daşıyan maşınlar vasitəsilə həyata keçirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR